Bakıda sərnişin avtobusunda partlayış baş verdi


Digərləri 03 Fev 2019 11:23:00 170 0

Bakıda sərnişin avtobusunda partlayış baş verdi

Bakının Xətai rayonunda, "Əhmədli" metro stansiyasının çıxışında 46 saylı marşrutda partlayış olub.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, partlayışdan sonra yanğın baş verib. Yaxınlıqdakı "Bakı Bus" marşrutlarının sürücülərinin müdaxiləsindən sonra yanğın söndürülüb.

Sərnişinlər vaxtında təxliyyə olunduğundan yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürən cəlb olunub.

Partlayışın səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumatda deyilir ki, şəhərin Xətai rayonunda "Daewoo" markalı sərnişin avtobusunun arxa təkəri yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.