Azərbaycan gimnastı Bakıda keçiriləcək Dünya Kubokunda qızıl medal qazanmaq niyyətindədir


Digərləri 03 Fev 2019 11:15:47 183 0

Azərbaycan gimnastı Bakıda keçiriləcək Dünya Kubokunda qızıl medal qazanmaq niyyətindədir

Doğma şəhərdə çıxış etmək həmişə daha çətin və daha məsuliyyətlidir

Bakı. Sara İsrafilbəyova - Doğma şəhərdə çıxış etmək həmişə daha çətin və daha məsuliyyətlidir. Bu barədə Trend-ə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnast Mixail Malkin bildirib. M.Malkin deyib: "Bəzən uğursuz məşqlər olur, amma biz yenədə özümüzü ələ almağa çalışırıq. Bu məsuliyyətli startdır. Öz doğma şəhərində çıxış etmək həmişə daha çətindir. Azarkeşlər medala ümid edir". Gimnast qeyd edib ki, Dünya Kubokunun başlamasına 2 həftə qalıb və o, tam formadadır: "Mən yalnız "qızıla" köklənmişəm". M.Malkin bildirib ki, Milli Gimnastika Arenasında əla şərait yaradılıb: "Əgər belə şərait olmasaydı, mən düşünürəm ki, mən belə səviyyəyə qədər çata bilməzdim". Gimnast həmçini qeyd edib ki, Rusiyalı gimnastı ən güclü raqib hesab edir.