Yaşıllıqların uçotunun aparılması qaydası dəyişib


Digərləri 03 Fev 2019 10:50:00 258 0

Yaşıllıqların uçotunun aparılması qaydası dəyişib

Nazirlər Kabineti "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası"nda dəyişiklik edib.

Son.az Trend-ə istinadən bildirir ki, qaydada 1.9-cu bənd yeni redaksiyada verilib.

Yeni varianta əsasən, fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları var.