Bakıda quldurluq edən Şabran sakinləri saxlanıldılar


Kriminal 03 Fev 2019 10:17:00 219 0

Bakıda quldurluq edən Şabran sakinləri saxlanıldılar

Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda qeydə alınan quldurluq hadisəsinin üstü Nizami Rayon Polis İdarəsi 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən açılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, yanvarın 26-da Şöbəyə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında tanımadığı iki nəfər şəxs onu döyərək əlində olan "LG" markalı mobil telefonu alıblar.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinyəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq etdiklərini etiraf ediblər.