Bakıda quldurluq edən Şabran sakinləri saxlanılıb


Digərləri 03 Fev 2019 01:59:00 181 0

Bakıda quldurluq edən Şabran sakinləri saxlanılıb

Bakıda bir nəfəri döyərək mobil telefonunu quldurluq yolu ilə ələ keçirən Şabran rayon sakinləri saxlanılıb

Bakı. Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda qeydə alınan quldurluq hadisəsinin üstü Nizami Rayon Polis İdarəsi 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən açılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 26-da Şöbəyə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, metronun Qara Qarayev stansiyasının yaxınlığında tanımadığı iki nəfər şəxs onu döyərək əlində olan “LG” markalı mobil telefonu alıblar. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinyəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq etdiklərini etiraf ediblər.