AzTVnin arxivi üzə çıxdı: İlhamə, Flora, Aygün, Brilliant... FOTO


Şou-biznes 02 Fev 2019 23:49:00 423 0

AzTVnin arxivi üzə çıxdı: İlhamə, Flora, Aygün, Brilliant...  FOTO

Azərbaycan Televiziyasında uzun zamandan bəri operator vəzifəsində çalışan Bəxtiyar Babayev tez-tez şəxsi "Facebook" hesabında məşhurların arxiv fotolarını paylaşır. 

Son.az oxu.az-a istinadən bildirir ki,  şəkillərin kameranın yaddaşına köçürülməsi 1980-ci illərdən bugünədək olan dövrü əhatə edir. 

Babayevin paylaşımları Azərbaycanın dahi sənətkarları, ölkəmizə səfər edən əcnəbi ulduzlar, müğənni və incəsənət nümayəndələrinin fotolarından ibarət arxivin bir hissəsidir. 

Əməkdar artist Firuzə İbadova uzun illər "Azkonsert"in, "Dan ulduzu" ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb. O, görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi tanınır.

Xalq artisti Elmira Rəhimova 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının mahir ifaçısı ki məşhurlaşıb. 

Xalq artisti Şahnaz Haşımova - Azərbaycan televiziyası və radiosunun "Qızıl Fondu"nda saysız-hesabsız lent yazıları qorunur. Rəhbərlik etdiyi kollektivlər AzTV və digər televiziya kanallarında çıxış edirlər.

Mərhum Xalq artisti Gülşən Qurbanova uzun müddət AzTV-nin "Gəlin, birlikdə gülək" adlı layihəsində çıxış edib. AzTV-dəki layihə bitdikdən sonra aktrisa ANS-lə uzun müddət əməkdaşlıq edib. Aktrisa "Qaynar qazan" verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən xüsusilə sevilib. Gülşən xanım bu telekanaldan incik ayrılaraq, "Lider" telekanalına üz tutub və burada "Mikser" verilişinin aparıcılığını edib.

Dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımov

Xalq artisti Ağadadaş Ağayev 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 

Xalq artisti Mələkxanım Əyyubova 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C.Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb. 

Xalq artisti Flora Kərimova Azərbaycanın məşhur estrada və opera müğənnisidir. 

Maraqlı obrazları ilə teatrsevərlərin rəğbətini qazanan Xalq artisti Naibə Allahverdiyeva

Peşəkar estrada müğənnisi, Xalq artisti Brilliant Dadaşova

Uzun müddətdir Türkiyədə yaşayıb-yaradan Əməkdar artist Məlahət Abbasova

2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib.

Muğam, xalq və estrada müğənniləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova

Xalq və estrada müğənnisi, mərhum Xalq artisti İlhamə Quliyeva

Estrada müğənnisi, Xalq artisti Mübariz Tağıyev

Estrada müğənnisi, Xalq artisti Niyaməddin Musayev

Mahir yumor ustası, Xalq artisti Arif Quliyev

Məşhur müğənni, Xalq artisti Bilal Əliyev

Aktyor-aparıcı Əkbər Əlizadə.

Estrada müğənnisi, Xalq artisti Nisə Qasımova

Mərhum Xalq artisti Amaliya Pənahova və həyat yoldaşı, diktor Yusif Muxtarov

Dünya şöhrətli müğənni, millət vəkili və Xalq artisti Zeynəb Xanlarova