Alzheimer xəstəliyinin çarəsi tapıldı


Digərləri 02 Fev 2019 23:55:00 287 0

Alzheimer xəstəliyinin çarəsi tapıldı

ABŞ-ın Kaliforniya ştatının universitetlərindən birində amerikalı bioloqlar alzheimer xəstəliyinin müalicəsi ilə bağlı maraqlı tapıntı ediblər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, perspektivli müalicə üsulu təsadüfən kəşf edilib.

Alimlər insult xəstəliyinin təsirlərini aradan qaldırmaq üçün araşdırma apararkən bu nəticəyə gəlib çıxıblar. Bioloqlar qeyd edir ki, yeni dərman neyronları qoruyur və iltihab səviyyəsini azaldır. Yeni vasitə xəstəliyin erkən mərhələlərində beta-amiloidləri təsirli şəkildə məhv edir. Preparatın tərkibində olan xüsusi ferment qan damarlarında iltihablaşmanın qarşısını alır. Bundan əlavə, ferment hüceyrələri qida və oksigen çatışmazlığından da qoruyur.