Düyü pəhrizi. Orqanizmin ziyanlı maddələrdən


Digərləri 02 Fev 2019 23:22:00 275 0

Düyü pəhrizi. Orqanizmin ziyanlı maddələrdən

Bu pəhrizin müxtəlif variantları var. Biz sizə düyü pəhrizinin ən tanınmış və sınanmış variantını təqdim edirik.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu pəhriz 2 həftə ərzində tutulmalıdır.

4 kiçik şüşə bankası götürülür. Bankaları nömrələmək lazımdır - 1, 2, 3 və 4.

Pəhrizə başladıqdan 4 gün əvvəl 1-ci bankaya 3 xörək qaşığı yumru düyü və üzərinə çıxana kimi ilıq su tökün.

Növbəti gün bu qayda ilə 2-ci bankada düyü isladın, 1-ci bankada olan düyünü isə yuyun və yenidən üzərinə ilıq su tökün.

3-cü gün 3-cü bankaya düyü və üzərinə su tökün, 1-ci və 2-ci bankalarda olan düyünü isə yuyun və üzərinə yenidən su tökün.

4-cü gün 4-cü bankada düyü isladın, 1-ci, 2-ci və 3-cü bankalarda olan düyünü yuyun və yenidən üzərinə su tökün. Bankaları sərin yerdə saxlayın.