Soyuqda üşümək və xəstələnmək istəmirsinizsə, əməl edin


Digərləri 02 Fev 2019 23:15:00 263 0

Soyuqda üşümək və xəstələnmək istəmirsinizsə, əməl edin

Qışda çoxlarını narahat edən problem otağın isti olmasına və qalın geyinməsinə baxmayaraq, yenə də üşüməsidir. Belə şəxslərə adətən "canında soyuqdəymə var, ona görə üşüyürsən" deyirlər. Amma üşümə heç də hər zaman soyuqdəymənin əlaməti sayılmır. Bəzi qaydalara düzgün əməl etsəniz, qışı üşümədən və xəstələnmədən keçirə bilərsiniz.

Son.az e-tibb.az-a istinadən həmin qaydaları diqqətinizə çatdırır.

Qapalı sahələrdə təhlükə

İctimai nəqliyyat vasitələri, iş yerləri, məktəb və uşaq bağçalarında bir adamda zökəm və ya infeksiya varsa, bunu başqalarına yoluxdurması an məsələsidir. Çünki qapalı sahədə xəstənin öksürməsi və ya asqırması ilə virus çox tez yayılır. İmmuniteti zəif olan və ya hər hansı xroniki xəstəliyi olan insanlar asanlıqla bu virusa yoluxa bilər. Odur ki, xəstələnən şəxs sağalana qədər evdən çıxmamalıdır. Yox əgər, evdən çıxmağa məcburdursa, o zaman mütləq ağız və burnunu maska ​​ilə bağlamalıdır.

Evinizi və ya ofisinizi saunaya çevirməyin

Soyuq havada çöldən içəri girəndə daxil olduğumuz məkanın temperaturu çox yüksək olmamalıdır. Çünki evə və ya ofisə girdikdə bədən qarşılaşdığı isti havaya inteqrasiya oluna bilmir. Ani temperatur dəyişikliyi orqanizmə mənfi təsir göstərər, kapilyarların partlamasına belə, səbəb ola bilər ki. Ona görə də otaqdakı ideal temperatur 18-20 dərəcə sayılır.

Kafeinsiz içkilərə üstünlük verin

İsti çay və ya qəhvənin adamın içini isitdiyini deyirlər, ancaq onların tərkibindəki kofein bədən temperaturunu azaldır. Bu səbəbdən soyuq havada zəncəfilli, darçınlı, mixəkli çaylara üstünlük vermək lazımdır. Bu bitki çayları boğazı rahatladır, immuniteti gücləndirir və bədən temperaturunu normada saxlamağa kömək edir.

Sağlam qidalanın

Soyuq havalarda immuniteti artıran sağlam qidalar yemək lazımdır. Xüsusilə də C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər qəbul etmək vacibdir. Bundan əlavə, tərkibində probiotiklər olan kefir və ya qatıq, protein və Omega-3 tərkibli qidalar yeyilməlidir. Yağlı və karbohidratlı yeməklər bədən istiliyini azaldır və müvəqqəti enerji verir. Ona görə də yağ və karbohidratla zəngin qidalanma soyuq havalarda yaxşı nəticə verməz. Bir də, qışda, əsasən, səhər yeməyi yemədən evdən çıxmayın.

Əllərinizi tez-tez yuyun

Virus və mikroblar daha çox əllərlə yayılır. Ona görə də əlləri tez-tez və düzgün şəkildə yumaq lazımdır. Əlləri yuyarkən maye sabun və kağız dəsmallardan istifadə edilməlidir. Bu, virusun yayılma dərəcəsini xeyli azaldır.