Toyuq filesi haqqında dəhşətli həqiqətlər–


Digərləri 02 Fev 2019 23:02:00 293 0

Toyuq filesi haqqında dəhşətli həqiqətlər–

Alıcıların ən çox aldığı file - toyuğun döş əti insan qidalanmasında zülal mənbəyi kimi ən vacib qidalardan biridir. İstehsalçılar da toyuğun digər hissələrinə nisbətən filenin daha çox alındığını bilərək ətin daha çox çəkili olması üçün əllərindən gələni edir. Normalda file ucuz qiymətə olmamalıdır.

Son.az medicina.az-a istinadən mağazalarda ucuz qiymətə və bol satılan filenin istehsalı barədə kiçik araşdırmanı təqdim edir.

Quşçuluq fabriklərində toyuğun orta ğmür tsikli 6-7 həftədir. Bu müddətdən sonra kəsilməsə öləcək. 5-7 həftəyə toyuğun file əti lazımi ölçüyə çatdırılmalıdır.

İstehsalçı qısa müddətdə fileni şişirtmək və qiymətini ucuz etmək üçün ən ucuz yem və aqrresiv preparatlardan, sintetik hormonlardan istifadə edir. Toyuq ətinə kimyəvi müdaxilə hələ inkubasion dövrdə başlayır. Yumurtaları xüsusi defizinfektantlarla işləyirlər.

Cücələri isə vaksin və antibiotiklərlə yetişdirirlər. Vaksinasiya cücələri xəstəliklərdən qorumaq üçündür. Bu metod kütləvi aparılır. Sexdə aerozolla səpilir və ya suya dərman qatılır. Əslində bütün vaksinlər insan və heyvanlar üçün təhlükəsizdir və sertifikatı olmalıdır.

Lakin təhlükə ondadır ki, vaksin üçün keyfiyyətsiz, ucuz preparatlar seçilir, toyuqlar immunizasiyaya hazırlanmır. Artıq düzgün olmayan vaksinasiyadan keçmiş toyuğun əti keyfiyyətsizdir.