Bakıda iki ay əvvəl çökmüş yolda bu dəfə betonlanma işləri aparılır


Digərləri 02 Fev 2019 22:42:00 182 0

Bakıda iki ay əvvəl çökmüş yolda bu dəfə betonlanma işləri aparılır

Təxminən 2 ay əvvəl çökən yolun torpaq qatının dərinliyində betonlanma işləri görüləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Xətai rayonu Nobel prospektindən gedir.

Yolun üzü şəhər istiqamətinə gedən hissəsində 2 ay əvvəl çökmə baş vermişdi. Ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin və "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşlarının bir neçə dəfə təmir-bərpa işləri aparmalarına baxmayaraq, problem tam həll olunmamışdı. Səbəb isə yolun çökən hissəsində, təxminən 25-30 metr dərinlikdə qrunt sularının axması göstərilirdi.

Qısa müddətə yol istifadəyə açılsa da, bu günlərdə yenidən təmirə bağlanıb. Əraziyə beton hazırlayıcı çənlər gətirilib.