Bakıda yol nişanlarına dəyişiklik edilir


Digərləri 02 Fev 2019 22:43:00 168 0

Bakıda yol nişanlarına dəyişiklik edilir

Bakıda yol nişanlarına dəyişiklik edilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əvvəllər dayanma və durmanı qadağan edən nişanların olduğu yerdə indi təkcə durmanı qadağan edən yol nişanı qoyulur. Üstəlik, alt hissədə də tələbin təsirli olduğu saat aralığı qeyd edilir.

Artıq bir nəçə gündür, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən paytaxt yollarında olan bəzi nişanların dəyişilməsinə başlanılıb. Məqsəd parklanmanın daha səmərəli formada idarə edilməsidir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, hazırda Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdilirilib.