Bakıda dərman zavodu nə vaxt işə düşəcək?


Digərləri 02 Fev 2019 22:44:00 218 0

Bakıda dərman zavodu nə vaxt işə düşəcək?

Pirallahı Sənaye Parkında yerləşən şpris və dərman preparatları müəssisələrində işlər sürətləndirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hər iki müəssisənin bu il istifadəyə veriləcəyi planlaşdırılır.

Parkının idarəedici təşkilatının rəhbəri Nazim Talıbov deyir ki, şpris zavodunun istifadəyə verilməsi ilə ölkədaxili tələbat yerli istehsal hesabına ödəniləcək. Bundan əlavə, qonşu ölkələrə məhsulun ixracı da həyata keçirilə bilər.

Nazim Talıbovun sözlərinə görə, 30 hektar əraziyə malik Pirallahı Sənaye Parkında bu il istifadəyə veriləcək 2-ci zavod Azərbaycan və Rusiyanın birgə müəssisəsidir. Burada da tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Müəssisə işə düşdükdən sonra ildə 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 89 çeşiddə dərman istehsal olunacaq.