Sosial şəbəkədə tanış olduğu qıza qarşı soyğunçuluq etdi


Digərləri 02 Fev 2019 22:46:00 193 0

Sosial şəbəkədə tanış olduğu qıza qarşı soyğunçuluq etdi

Sosial şəbəkədə tanış olduğu qıza qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib.

Rayon Polis İdarəsinə bir xanıma qarşı soyğunçuluq edilməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hadisəni törədən 28 yaşlı Anar Ağayev saxlanılıb. O, törətdiyi əməli etiraf edib və soyğunu qisas məqsədi ilə törətdiyini bildirib.