Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?


Digərləri 02 Fev 2019 22:50:00 214 0

Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?

Müasir dövrün şərtləri və iş rejiminin təsirindən yeni nəsil daha çox oturaq həyat tərzi keçirməkdədir. Hərəkətsiz yaşam tərzinin insanların kökəlməsi, artıq çəki problemi ilə nəticələndiyinə dair həkimlərin xəbərdarlıqlarına tez-tez rast gəlirik. Bu səbəbdən valideynlər uşaqlarının çox erkən yaşda idmanla məşğul olmasını istəyirlər.

Bəs, ilk olaraq hansı idmandan başlamaq lazımdır? Uşaqlara hansı idman növü ilə məşğul olmaq məsləhət görülmür? Hansı idman növləri uşaqlar üçün daha uyğundur? Uşaqlar üçün idman növü seçəndə nələrə diqqət edilməlidir?

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu sualları cavablandıran fizioterapevt Sənan Cəfərov bildirir ki, idmanla məşğul olmaq əzələləri tonuslandırır, əzələlər daha çox elastik və möhkəm olur: "Fiziki hazırlıq almış oynaqlar yüksək amplitudalı hərəkətlər edə bilir. İdmanla məşğul olmaq omba, dizlər və xüsusilə onurğa səviyyəsindəki ağrıların qarşısının alınmasına imkan verir. Daimi fəal hərəkət isə ideal çəkiyə çatmağa və onu saxlamağa kömək edir. Yaşa və fiziki sağlamlığa uyğun idman növünü seçmək çox vacibdir".