Düzgün ütüləmənin


Digərləri 02 Fev 2019 22:35:00 215 0

Düzgün ütüləmənin

Paltarların ütülənməsi kifayət qədər mürəkkəb prosesdir. Düzgün ütüləmə paltarın görünüşünü yaxşılaşdırır. Düzgün olmayan ütüləmə isə paltarları korlaya bilər. Beləliklə, düzgün ütüləmənin bəzi qaydalarını təqdim edirik:

- Sağdan sola və paltarın gen hissəsindən dar hissəyə kimi ütüləmək lazımdır. Paltarları  eninə yox, uzununa ütüləyirlər.

- Əvvəl paltarların xırda detallarını ütüləyirlər - qolları, yaxalıqları, manjetləri, büzmələri, cibləri, naxışları, krujevaları.

- Ütülədiyiniz paltar nə qədər nazik olsa, onun altındakı səth bir o qədər qalın olmalıdır və əksinə. Son.az gencaile.az-a istinadən bildirir ki, nazik paltarları ütülədikdə ütü stolunun üzərinə bir neçə qat qatlanmış qalın ədyal qoyun. Qalın paltarları ütülədikdə isə ütü stolunun üzərinə nazik parça sərin.

- Heç vaxt ləkəsi olan paltarları, ağları və s. ütüləməyin. Onları mütləq təmizləmək lazımdır, çünki üstünə ütü vurulmuş ləkələri sonradan təmizləmək çox çətindir, çox vaxt isə qeyri-mümkündür.

- Paltarları tam quruyana kimi ipdə saxlamayın. Bir qədər nəm paltarlar daha asan ütülənir.

- Paltarları və s. əşyaları tam quruyana qədər ütüləyirlər, əks halda onlar qatlananda və saxlananda əziləcəklər.

- Evdar qadınların çoxu eyni səhvi təkrarlayırlar: ütülənmiş paltarları yığırlar və dərhal şkaflara yerləşdirirlər. Bunu etmək olmaz, çünki ütüləmə vaxtı yığılmış istilik həm parçaya, həm də şkafdakı atmosferə mənfi təsir göstərir. Ona görə də ütüləyəndən sonra ağları və paltarları 2 saatdan az olmayaraq otaqda saxlamaq lazımdır. Bu, xüsusilə cibli, klapanlı, qatlı, relyefli, volanlı və s. paltarlara aiddir.