Uşaqlarda göz əzələsi spazmı 6 yaşa kimi müalicə şansı var


Digərləri 02 Fev 2019 22:02:00 290 0

Uşaqlarda göz əzələsi spazmı  6 yaşa kimi müalicə şansı var

Gözlər üçün bir nömrəli stress faktoru məhz yaxın məsafəyə uzun müddət baxmaq vərdişinin formalaşmasıdır. Zəmanə uşaqları və gənclər isə daha çox yaxına baxırlar: komputer, telefon, televizor, kitab və s.

Təəssüf ki, bu gün yaşlı nəslin gözləri uşaq və gənclərə nisbətən daha yaxşı vəziyyətdədir. Çünki onların görmə dərəcələri daha uzağa köklənib. Uşaq və gənclərdə isə göz əzələsi spazmı və tənbəlliyi geniş yayılıb.

Son.az medicina.az-a istinadən bildirir ki, oftalmoloq Günel Xalıqova uşaqların göz zəifliyinin artmasında, gələcəkdə müalicə olunmayacaq dərəcəyə çatmasında valideyn diqqətsizliyini önə çəkib.

"Uşaqlarda genetik meyillilik olduqda görmə zəifliyi daha tez meydana çıxır. Belə uşaqları da erkən müayinələrə cəlb edib, müəyyən müalicələrlə çətinliklə də olsa, görmə zəifliyinin irəliləməsinin az da olsa qarşısını ala bilərik.

Amma elə uşaqlar var, genetik yox, göz əzələsinin spazmı nəticəsində görməsi zəifləyir. Bu  zaman müasir aparatlarla müalicə kursu yaxşı effekt verir.

Uşaqda göz spazmının olmasını valideyn çox vaxt bilmir, çox diqqətli valideyn uşağın uzağı görməsində problem olduğunu hiss edir".