Bakıda quldurluq edən Şabran sakinləri tutulub FOTO


Digərləri 02 Fev 2019 22:08:00 211 0

Bakıda quldurluq edən Şabran sakinləri tutulub  FOTO

Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda qeydə alınan quldurluq hadisəsinin üstü Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən açılıb.

Son.az "Report"a istinadən bildirir ki, yanvarın 26-da polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, iki nəfər metronun "Qara Qarayev" stansiyasının yaxınlığında tanımadığı onu döyərək, "LG" markalı mobil telefonunu alıblar. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri - Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq əməllərini etiraf ediblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.


Xəbərə aid fotolar