​​​​​​​Tibdə unikal hadisə: 10 yaşlı oğlanın böyrəyi budundadır


Digərləri 02 Fev 2019 21:15:00 253 0

​​​​​​​Tibdə unikal hadisə: 10 yaşlı oğlanın böyrəyi budundadır

Mançester şəhərindən olan 10 yaşlı Hemiş Robinsonun böyrəklərindən biri bud nahiyəsində yerləşir. Bu "özəlliyinə" görə H. Robinson dünyada hələlik yeganə insandır. Belə pozuntuya çox nadir hallarda təsadüf olunur. Hətta həkimlər bu hala oğlanın şərəfinə "Hemiş sindromu" adını veriblər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, genetik pozulma səbəbindən böyrək uşağın qarın boşluğunda deyil, ayağındadır.

Öz yerində olmayan böyrək ektopik böyrək adlandır. Ektopik böyrəklərə kifayət qədər tez-tez rast gəlinir. Hər 900 nəfərdən birində bu hal müşahidə oluna bilər.

Lakin ingiltərəli uşaqda 7p22.1 adlı xromosumun olmamağı səbəbindən böyrək aşağı, bud nahiyəsinə düşüb. Sağ budun yuxarı hissəsində yerləşən böyrək normal fəaliyyət göstərir. Lakin artıq H. Robinsonun orqanizmində müəyyən problemlər baş qaldırmağa başlayıb. Belə ki, onun qulaqlarından biri eşitmə qabiliyyətini itirib.