Rusiya ABŞa sərt cavab verdi –


Dünya 02 Fev 2019 21:04:00 201 0

Rusiya ABŞa sərt cavab verdi –

Rusiya Kiçik və Orta Mənzilli raketlərin ləğvinə dair Müqavilədə fəaliyyətini dayandırır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Kremlin saytında verilən məlumata görə, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Putin xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Rusiyanın adekvat cavab verəcəyini bəyan edib: "Amerikalı tərəfdaşlarımız müqavilədə iştiraklarını dayandırdıqlarını bəyan ediblər. Biz də iştirakımızı dayandırırıq".

O, əlavə edib ki, rəsmi Vaşinqton elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə məşğul olduqlarını açıqlayıb: "Biz də eyni fəaliyyətlə məşğul olacağıq".