Axşam yeməyini gec yeməyin ziyanı yoxdur –


Digərləri 02 Fev 2019 20:25:00 287 0

Axşam yeməyini gec yeməyin ziyanı yoxdur –

Həkimlərin əksəriyyəti uzun illərdir, yatmazdan ən azı iki saat əvvəl qida qəbulunu dayandırmağı tövsiyə edirlər. Onlar hesab edirlər ki, insan yatağa uzanana qədər qanda şəkərin səviyyəsi normallaşa bilmir. Bu isə sağlamlıq üçün olduqca ziyandır. Odur ki, axşam yeməyi yatmazdan ən az 2 saat əvvəl yeyilməlidir.

Yaponiyalı alimlərin apardıqları yeni araşdırma isə bu fikrin heç bir əsası olmadığını ortaya çıxarıb.

Son.az gencaile.az-a istinadən bildirir ki, Okayama Universitetinin əməkdaşları 1573 könüllünün iştirakı ilə geniş tədqiqat aparıblar. Bir neçə il ərzində bu könüllülər gündəlik rejimləri barədə tədqiqatçılara hesabat verib, müntəzəm olaraq qan analizlərindən keçiblər. İştirakçıların çoxu axşam yeməyi ilə yuxu arasında iki saat fasilə versə də, kişilərin 16, qadınlarınsa 8%-i bu qaydaya əməl etməyib.

Sonradan onların analiz nəticələri tədqiq edilən zaman məlum olub ki, gündəlik qrafikdən asılı olmayaraq, hamısının qanında şəkərin səviyyəsi təxminən eyni olub. Yəni çəki, qan təzyiqi, fiziki məşq, zərərli vərdişlər kimi faktorlardan fərqli olaraq, şam yeməyinin vaxtının qan şəkəri səviyyəsinin dəyişməsinə təsiri yox imiş.