Cəlilabad sakini itkin düşüb


Digərləri 02 Fev 2019 19:41:00 227 0

Cəlilabad sakini itkin düşüb

Cəlilabad rayon sakini itkin düşüb.

Son.az "Report"a istinadən bildirir ki, Göytəpə şəhər Nizami küçəsi, ev 67-də yaşayan 1993-cü il təvəllüdlü Sahib Sahibəli oğlu Mahmudov yanvarın 25-də naməlum avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yanvarın 25-dən 8 gün keçməsinə baxmayaraq, S.Mahmudovun yerini bilən yoxdur.

Onun yaxınları bu barədə polis bölməsinə məlumat verib. Hazırda S.Mahmudovun tapılması istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, o, 3 azyaşlı uşaq atasıdır.

Daha əvvəl Cəlilabad rayonunda sahibkar intihar edib.