Beyonsun konsertlərinə pulsuz bilet qazanmaq istəyənlərə müjdə FOTO


Digərləri 02 Fev 2019 19:44:00 289 0

Beyonsun konsertlərinə pulsuz bilet qazanmaq istəyənlərə müjdə  FOTO

Dünya şöhrətli məşhur müğənni Beyonce pərəştişkarlarını şoka salacaq bir addım atıb.

Son.az oxu.az-a istinadən bildirir ki, məşhur pop ulduz şəxsi instagram hesabında  Greenprint adlı şirkətin loqo fotosunu paylaşaraq, fanatlarını yeni proektə qoşulmağa dəvət edib. Bunun qarşılığında isə pop diva konsertlərinə və həyat yoldaşı məşhur reper Jay-Z-nin şoularına ömür boyu pulsuz bilet eldə edəcəklərini vəd edib.

Əgər bu aksiyaya veqan olmayan şəxslər qatılsalar o zaman yalnız həftədə bir gün yəni bazar ertəsi ət və ət məhsullarından istifadə edə bilərlər. İştirakçıların bu aksiyanın qayda-qanunlarına necə əməl edəcəkləri və qaliblərin necə seçiləcəyi məlum deyil. Bu heyrət dolu təklifdən sonra Beyonsun fanatları onun paylaşdığı postun altında ağlasığmaz şərhlər yazıblar.


Xəbərə aid fotolar