Dərinin "ən bahalı kremi": üzdə gəzən ilbizlər


Digərləri 02 Fev 2019 19:22:00 341 0

Dərinin "ən bahalı kremi": üzdə gəzən ilbizlər

İlbiz terapiyası dünyada populyarlaşdığı kimi ölkəmizdə də geniş yayılır. Artıq tanınmış şəxslər də bu üsula müraciət edirlər. Müğənni Tünzalə Ağayeva yaxın günlərdə ilbiz terapiyası ilə gündəmə gəlib.   İlbizdən hələ qədim dövrlərdə tibbi məqsədlə üçün istifadə olunub. Hippokrat ilbiz seliyini turşumuş südlə qarışdararaq yanıqlarım müalicəsində istifadə edirdi.

Bəs ilbiz terapiyası dəri üçün nə dərəcədə faydalıdır?

Son.az medicina.az-a istinadən bildirir ki, ilbiz terapiyası üçün iri Afrika axantini növü tətbiq edilir. Bu ilbizlər "ev" şəraitində yetişdirilir. Qeyd edək ki, təbii halda çoxalan kiçik ilbizlərdən bu məqsədlə istifadə edilmir.

İlbizin ifraz etdiyi selik dəri üçün çox faydalıdır. Belə ki, onun dəriyə təsiri nəticəsində dəridə bir sıra faydalı maddələr sintez olunur.

Bunlara aşağıdakılar aiddir:

1.Kollagen 2.Elastin 3.Allantoin 4.Qlikol turşusu 5.Proteaza 6.Xitozan 7.A, C, E, B6, B12 vitaminləri