Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub


Digərləri 02 Fev 2019 18:47:00 225 0

Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub

Lənkəran şəhərində "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda yığıncaq keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti və "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqdan əvvəl İcra Hakimiyyəti başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər düzməklə dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən müzeydə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər və eksponatlarla tanış olublar. Mərkəzin akt zalında başlayan yığıncaqda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan T.Qaraşov dövlət idarəçiliyi sisteminin təşkili zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm əhəmiyyətli təsisatlardan birinin də milli təhlükəsizlik orqanları olduğunu qeyd edərək bu orqanların 100 illik yubileyini ölkənin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi diqqətə çatdırıb. İcra Hakimiyyəti başçısı çıxışında xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük inkişaf yolu keçərək fəaliyyətinin təkmilləşməsində və müstəqil dövlətimizin milli təhlükəsizliyinin qarantına çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olduğu barədə geniş məlumat verib.

"Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib (FOTO)

Daha sonra "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev çıxış edərək bildirib ki, bu il Azərbaycan xüsusi xidmət orqanlarının 100 illiyi tamam olur:


Xəbərə aid fotolar