Kirayə maşınla qəza törədilərsə, zərəri kim ödəyir?


Digərləri 02 Fev 2019 18:14:00 250 0

Kirayə maşınla qəza törədilərsə, zərəri kim ödəyir?

Son illər, xüsusilə Bakıya turist axını başladıqdan sonra kirayə avtomobil verən şirkətlərin sayı artıb. Belə şirkətlərdən müəyyən vəsait qarşılığında avtomobil kirayələmək mümkündür. Lakin maraqlıdır, kirayələnən avtomobil qəzaya düşdüyü və ya qəza törətdiyi zaman avtomobilə dəyən zərəri kim ödəyir?

Son.az bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtomobil kirayələmək Azərbaycanda yaranmış yeni xidmət növlərindəndir və belə şirkətlərin əksəriyyəti qanunla icazə verilmiş şəkildə fəaliyyət göstərir. Ekspert bildirib ki, bu şirkətlərə daxil olan bütün avtomobillər icbari sığorta olunur:

"Şirkətlər hər pul ödəyən şəxsə avtomobil vermir. İlk növbədə avtomobil götürən şəxsin sürücülük vəsiqəsi olmalıdır. Bundan başqa, şirkət həmin şəxsə avtomobili idarə edə bilməsi üçün etibarnamə verir. Bu, müddətli etibarnamə olur. Etibarnamənin vaxtı bitənə qədər şəxs avtomobili təhvil verməlidir. Sürücüyə etibarnamə verildikdən sonra avtomobil kirayəsini həyata keçirən şirkət həmin avtomobil üçün hansı sığorta şirkəti ilə müqavilə imzalayıbsa, ona bu barədə məlumt verir. Bununla da məsuliyyət həmin şəxs üçün nəzərdə tutulur. Həmin sürücü hər hansı hadisə törədərsə və hadisə nəticəsində bir başqa avtomobilə zərər dəyərsə, bu zaman günahsız olan 3-cü şəxsə dəymiş zərəri sığorta şirkəti ödəmiş olur".