Bakıda ər arvadını və körpəsini metroda atıb getdi


Digərləri 02 Fev 2019 18:04:00 241 0

Bakıda ər arvadını və körpəsini metroda atıb getdi

Bakıda qadın yeddi aylıq körpəsi ilə metroya atılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, qadın bir neçə saat "Bakı Metropoliteni"nin "Nizami" stansiyasında qalıb.

Bundan sonra ana və körpəsi polis əməkdaşları tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil verilib.

1987-ci il təvəllüdlü P.E. (ad şərtidir - red.) artıq ikinci dəfədir ki, əri tərəfindən küçəyə atıldığını deyib:

"Yoldaşım məni döyürdü. Bir neçə gün bundan qabaq qucağımda yeddi aylıq uşaqla məni metronun "Nizami" stansiyasına gətirdi. Dedi, burada gözlə, işim var, gedim gələcəm. Getdi və qayıtmadı. Polislər bizi bura gətirdi".