İlahiyyat İnstitutunun “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” başa çatıb (FOTO)


Digərləri 02 Fev 2019 17:59:00 209 0

İlahiyyat İnstitutunun “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” başa çatıb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Şamaxı rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” başa çatıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Şamaxı rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” başa çatıb. İnstitutdan Trend-ə verilən məlumata görə, “Qış məktəbi” layihəsinin həyata keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün zənginləşdirilməsi və layiqli vətəndaş olaraq yetişməsinə töhfə verməkdir. “Qış məktəbi”nin sonuncu günündə tələbələr Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə Məscidini ziyarət ediblər. Cənubi Qafqazda ən qədim məscid kompleksi olan Şamaxı Cümə Məscidi 743-cü ildə inşa edilib. Tələbələrə məscid haqqında məlumat verilərkən vurğulanıb ki, Heydər Əliyev Fondu tərəfindən dini məbədin bərpası təşəbbüsü irəli sürülmüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2009-cu il tarixli Sərəncamına əsasən, burada genişhəcmli və əsaslı təmir işlərinə başlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə Məscidinin 17 may 2013-cü il tarixdə açılışı olub. Məscidin ərazisində ikimərtəbəli inzibati və məişət binaları, məscidə gedən körpücük yenidən tikilib, həmçinin konfrans zalları, kitabxana, dəstəmaz, digər otaqlar isə təmir edilib. Şamaxı Cümə Məscidində dini icma nümayəndələri ilə görüş zamanı məscidin imamı Mərəhmət Mustafayev Gənclər Günü ilə bağlı tələbələri təbrik edib. Məscid imamı tələbələrə ilahiyyat sahəsində biliklərini zənginləşdirməyi tövsiyə edib. Cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf, düzgün dini biliklərlə maarifləndirməyin önəminə toxunan imam M.Mustafayev tələbələri milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb. Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkəmizdə aparılan uğurlu dövlət-din siyasəti sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib. C.Məmmədov Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında xüsusi xidmətlərini vurğulayıb. İnstitut rəhbəri Aİİ-nin yaradılmasını dövlət-din münasibətlərinə göstərilən qayğının bariz nümunəsi adlandırıb. Rektor daha sonra qeyd edib ki, tələbələrdə vətənpərvərlik hisslərinin zənginləşdirilməsi, onların dini-mənəvi dəyərlərimizin əyani şahidi olmaları üçün davamlı olaraq rayonlarımıza səfərlər planlaşdırılır.