Putin nazirləri topladı: "Biz də dayandırırıq"
Dünya 02 Fev 2019 17:49:00 242 0
ABŞ dövlət katibi Mayk Pompeo dünən ölkənin fevralın 2-dən 1987-ci ildə Rusiya ilə imzaladığı "Orta və kiçik mənzilli raketlərin ləğvi" müqaviləsindən birtərəfli olaraq çıxacağını açıqladıqdan sonra Rusiya da məsələyə biganə qalmayıb.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, prezident Vladimir Putin bu gün XİN rəhbəri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqu ilə keçirdiyi görüşdə Rusiyanın sözügedən müqavilədə iştirakını dayandırdığını bəyan edib.
Mənbə: milli.az