Bakıda "Möhtəşəm toy" olacaq


Kriminal 02 Fev 2019 17:39:00 246 0

Bakıda "Möhtəşəm toy" olacaq

Mayın 17-si saat 20:00-da DTX Mədəniyyət Mərkəzində "Şikarnaya svadba" tamaşası oynanılacaq. 

Axı necə ola bilər ki, o, öz toy gününün səhərini, yatağında gözəl, lakin tanımadığı bir qızla aça bilir? Bill adında zərərsiz bəy subaylığa vəda şənliyinin səhərini bir otel otağında gözəl bir qızla açır. Lakin bir məsələ var! Billin gəlini qonşu otaqda gəlinliyini geyinib, öz sevgilisini görmək üçün səbirsizlənir. Billin ən yaxşı dostu və onun sağdışı Tom, o gecə oteldə baş verənləri öz üstünə götürərək, otelin xadiməçisi Julini, Billin toyu üçün xaricdən gələn Judi adlı nişanlısı kimi təqdim edərək, yaxın dostunun köməyinə gəlir... 

Görəsən toy baş tutacaq, yoxsa həyat bizim qəhrəmanlarımıza növbəti sürprizlərini təqdim edəcək?