Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır


Dünya 02 Fev 2019 17:24:00 223 0

Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır

Fransada polisin "sarı jiletlilər"ə qarşı ehtimal olunan ifrat güc tətbiqi halları ilə bağlı 116 cinayət işi açılıb.

Son.az Report-a istinadən xəbər verir ki, işlərin azı 36-sı polisin rezin güllə və qumbara atan xüsusi LBD cihazlarından istifadə etməsi, bir neçəsi də nümayişçilərə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlıdır.

Xatırladaq ki, yanvarın 26-da Parisin Bastili meydanında baş verən polislə qarşıdurma zamanı "sarı jiletlilər"in qeyri-rəsmi lideri Erik Druenin silahdaşlarından olan Jerom Rodriges baş nahiyəsindən xəsarət almışdı.