Bakıda 24 yaşlı oğlan dostunu vəhşicəsinə öldürdü


Digərləri 02 Fev 2019 17:29:00 232 0

Bakıda 24 yaşlı oğlan dostunu vəhşicəsinə öldürdü

Bakıda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Amal Zülfüqarov 6 avqust 2017-ci il tarixdə tanışları Samir, Əli (cinayət işində adı keçən şəxslərin ad və soyad şərti verilib - red) və digər dostları ilə birlikdə Xaçmaz rayonu, Nabran qəsəbəsində fəaliyyət göstərən "Atlant" istirahət mərkəzində olarkən Qismət Məmmədlinin kinayəli formada ona baxmasını görüb.

"Atlant"da başlayan dava

Bu səbəbdən onların aralarında mübahisə yaranıb, sonrakı günlərdə Qismətin onun Almaniyada yaşayan bacısı İradə ilə telefonla yazışdığını güman edib. Heç bir əsaslı səbəb olmadan Qisməti öldürmək qərarına gəlib.

Bu məqsədlə Amal 15 avqust 2017-ci il tarixdə, saat 02 radələrində Qismətin tanışı Fətixan ilə birlikdə Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Bakı-Ələt yolunun 35-ci kilometrliyində yerləşən "Play Station" kafesində olduğunu öyrənib.

Kafedə söhbət

Amal dostu Samir ilə birlikdə həmin kafeyə gedib. O, salamlaşdıqdan sonra Fətixan və Qismət ilə birgə olan masada əyləşiblər. O, 6-cı masada oyun oynamalarından, Qismətin başının qarışmasından və həmin anda ona qarşı müqavimət göstərmək imkanıın olmamasından istifadə edib onun sinəsindən bıçaqlayıb.

Mübahisə və dava

Bu zaman Fətixan və Samir onları aralaşdırmaq istəyib. Qismət onun əlindən çıxıb və kafenin girişdən sol tərəfində vitrin soyuducuya söykənib.

Həmin vaxt Amal Fətixan və Samirin əlindən çıxaraq Qismətin boğazından yapışaraq onu bir neçə dəfə bıçaqlayıb.

Həmin vaxt qeyd olunan kafeni işlədən Tələt Hüseynli və müştəri qismində kafedə olan Haldun Abuzərli Amalı arxadan tutaraq kənara çəkmək istəyib.

Qətl

Amal əlindəki bıçaqla Tələt və Abuzəri də vurub. Hər iki şəxs yüngül dərəcəli bədən xəsarəti alıb. Hadisə zamanı Qismət boğazından aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

4 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Amal Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

"Bu hərəkəti xoşuma gəlmədi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amal Zülfüqarov bildirib ki, 2017-ci ilin avqustun 4-5-də İsmət, Nicat, Samir və Fətixan Xaçmaz rayonu Nabran qəsəbəsində "Atlant" istirahət mərkəzinin ərazisində rəqs meydançasına baxarkən Qismətin pis baxışlarla ona baxdığını görüb və ondan nəyə görə belə baxdığını soruşub: "Mənə nalayiq ifadə işlədərək yaxşı etdiyini və "bura qardaşlıq stolu deyil, sən də qardaş deyilsən" cavabını verdi. Bu söhbət mənə çox pis təsir etdi. Buna görə aramızda mübahisə yarandı. Həmin vaxt yanımızda olan yuxarıda adlarını çəkdiyim dostlar aramıza girərək məni yox, Qisməti sakitləşdirməyə çalışırdılar. Onların bu hərəkəti də mənim xoşuma gəlmədi".

"Məndən qorxduğunu hiss edirdim"