Allahşükür Paşazadə BƏƏyə gedib


Digərləri 02 Fev 2019 17:19:00 318 0

Allahşükür Paşazadə BƏƏyə gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşüb.

Bu barədə Son.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib. 

Səfər BƏƏ Prezidentinin müşaviri Sultan Əl Rümeysinin rəsmi dəvəti ilə həyata keçirilir. A.Paşazadə fevralın 4-nə kimi Əbu Dabidə dünya dini liderləri, görkəmli dövlət, siyasət, elm xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçiriləcək "İnsan Qardaşlığı Qlobal Forumu"nda iştirak edəcək.

Foruma Roma Papası Fransisk, Misirin Əl-Əzhər Əl-Şərif universitetinin şeyxi Əhməd Əl-Tayyib və digər dünya dini liderləri qatılacaqlar.