Avropanın qənaətli turizm üçün əlverişli şəhərləri


Digərləri 02 Fev 2019 17:04:00 220 0

Avropanın qənaətli turizm üçün əlverişli şəhərləri

Polşanın Krakov şəhəri Avropanın qənaətli turizm üçün ən əlverişli şəhərləri reytinqinə başçılıq edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Which?" istehlakçılar assosiasiyasının məlumatında deyilir.

Assosiasiya sayt istifadəçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən qənaətli səyahətlər üçün şəhərlərin reytinqini tərtib edib. Onlar Avropa şəhərlərini altı meyar - yaşayış şərtləri, mədəni abidələr, qida və içki, nəqliyyat, alış-veriş üçün imkanlar və ümumilikdə xərclər səviyyəsi üzrə qiymətləndirib.