İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib


Digərləri 02 Fev 2019 16:44:00 288 0

İsa Peyğəmbər çarmıxdan xilas olub Yaponiyaya gedib

Yaponiyanın Aomori prefekturasındakı Sannoxe bölgəsində Sinqo adlı kənd barədə çox az adamın məlumatı var.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, əfsanəyə əsasən, Xonsyu adasının şimalında yerləşən kənddə İsa Peyğəmbər yaşayıb və dünyasını dəyişib.

Yaponiyada bir çox insan İsa Peyğəmbərin çarmıxdan gizli şəkildə qaçdığına və minlərlə kilometr məsafə qət edərək Yapon adalarına gəldiyinə inanır. İddiaya görə, İsa Peyğəmbər burada evlənir və qocalıb ölənə qədər yaşayır.

Əfsanəyə əsasən, İsanın 21 yaşı olanda Yaponiyada 9 il yaşayıb və burada dini biliklərə və müdrikliyə yiyələnib. Sonra isə kiçik qardaşı İsukiri yaşayan İudeyə yola düşüb. Amma Roma vilayətində İsanın təbliğatını sərt qarşıladılar. Onu həbs edərək ölüm hökmünə məhkum etdilər. Bəzi mənbələrə görə, İsanın kiçik qardaşı İsukiri özünü qurban verir və Peyğəmbərin əvəzinə çarmıxa o çəkilir.

Bu hadisədən sonra İsa Sibirə, oradan da Alyaskaya keçir. Sonra isə Yaponiyadakı Sinqo kəndinə qayıdır. Ölümünə qədər isə kədni tərk etmir.