ƏƏSMN: Gənclərin əmək bazarına inteqrasiyası dövlət məşğulluq siyasətində mühüm yer tutur


Digərləri 02 Fev 2019 16:41:38 183 0

ƏƏSMN: Gənclərin əmək bazarına inteqrasiyası dövlət məşğulluq siyasətində mühüm yer tutur

Ötən il Dövlət Məşğulluq Xidməti tərəfindən 14,7 min gənc işlə təmin edilib, 1000-dən çox gənc özünüməşğulluq proqramına cəlb olunub

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirlən aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin əmək bazarına inteqrasiyasıdır. Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən il Xidmətin xətti ilə 51 774 nəfər işlə təmin olunub ki, onlardan 14700-nü gənclər təşkil edib. Xidmət tərəfindən ödənişli ictimai işlərə cəlb edilən 1022 nəfərdən 319-ü, peşə hazırlığı təşkil olunan 2 559 nəfərdən 1270-i gənclər olub. Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası işlərində də gənclər diqqətdə saxlanılır. Ötən il 7267 nəfər özünüməşğulluq proqramına cəlb edilib ki, onlardan 1026-sı gənclərdir. Onlar proqram çərçivəsində verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar və bu da onların kiçik biznesə çıxışına imkan yaradıb.