Eser gəmisində narkotik daşıyanlar özlərini ələ verdi


Dünya 02 Fev 2019 16:34:00 240 0

Eser gəmisində narkotik daşıyanlar özlərini ələ verdi

Ötən gün Afrika ölkəsi Kabo-Verdedə 11 rusiyalı dənizçinin saxlanıldığı haqda informasiyalar yayılıb. Rusiya KİV-ləri bu ölkənin Kabo-Verdedəki səfirliyinə istinadən bildiriblər ki, onları narkotik qaçaqmalçılığında şübhəli bilirlər. Belə ki, heyət üzvləri rusiyalılardan ibarət olan ESER yük gəmisində 10 tona yaxın heroin aşkarlanıb. Gəmi heyəti tutulub, gəmi özü isə Praya limanında saxlanılır.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Rusiya səfirliyinin açıqlamasına görə, yerli istintaq orqanları ilə əlaqə saxlayırlar və tutulanlarla da əlaqə yaradıblar. "İnformasiyaların təfərrüatlarını gözləyirik. Hadisəni izləyirik"-səfirlikdən bildiriblər.

Məlumata görə Panama bayrağı altında üzən gəmi Panamadan Mərakeşə doğru yola çıxıb. Lakin məlum olmayan səbəblərdən heyət üzvlərindən biri gəmidə həlak olub və gəmi Kabo-Verde limanına yan almalı olub.