Qubada üstündə marixuana gəzdirən şəxs saxlanılıb


Digərləri 02 Fev 2019 16:27:00 261 0

Qubada üstündə marixuana gəzdirən şəxs saxlanılıb

V.Əhmədov narkotik vasitəni çay kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib.

Bakı. Samir Əli - Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Vaqif Əhmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı bir ədəd sellofan torbada təmiz çəkisi 160 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.