Rusiyanın ilk prezidentinin doğulduğu evdən odun kimi istifadə ediləcək


Digərləri 02 Fev 2019 16:04:00 294 0

Rusiyanın ilk prezidentinin doğulduğu evdən odun kimi istifadə ediləcək

Rusiyanın ilk prezidenti Boris Yeltsinin doğulduğu evin sahibi evdən odun kimi istifadə etməyə qərar verib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Sverdlovsk əyalətinin Basmanovsk qəsəbə şurasına evin sahibi məktub yazaraq bildirib ki daşınmaz əmlak ona lazım deyil və o evi bərpa etməyəcək. Evin sahibi yerli sakinlərə evin divarlarından odun kimi istifadə etməyi təklif edib.

Xatırladaq ki, Yeltsinin doğulduğu ev bir il öncə yansa da, evin divarları qalıbmış. Evin sahibləri yanğın zamanı Tumendə olublar.