Dünyanın ən zəngin xeyriyyəçilərinin adları açıqlandı


Digərləri 02 Fev 2019 16:09:00 266 0

Dünyanın ən zəngin xeyriyyəçilərinin adları açıqlandı

"Business Insider" texnologiya dünyasının ən xeyriyyəçi milyaderlərinin adlarını açıqlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dünyanın ən xeyriyyəçi milyarderi "Microsoft"un qurucusu Bill Geyts seçilib. O, 90 milyard dollarlıq sərvətinin 45.6 faizini bağışlayıb. O ümumilikdə xeyriyyəçilik məqsədi ilə 41 milyard dollar xərcləyib.

"Dell" şirkətinin qurucusu Maykl Dell isə 2-ci yerdə qərarlaşıb. O 22.7 milyard dollarlıq sərvətinin 8.9 faizini bağışlayıb.

3-cü yerdə isə meksikalı biznesmen Karlos Slimin adı qeyd olunub. "America Movil", "Telefonos de Mexico", "Altria Group" kimi şirkətlərin rəhbəri olan biznesmen 67.1 milyard dollarlıq sərvətinin 6 faizini xeyriyyəçilik məqsədi üçün ayırıb.