Xalqı əsarətdən qurtaran,


Digərləri 02 Fev 2019 15:54:00 287 0

Xalqı əsarətdən qurtaran,

Hun türkləri ilə Çin imperiyası arasında eramızdan əvvəl üçüncü əsrdə başlayan gərgin mübarizə və savaşlar eramızın ilk əsrlərində də davam edib.

Türklərlə mübarizə apara bilməyən çinlilər müxtəlif yollara əl atıblar. Onlar türklərin taktikasına bələd olmaq üçün bəzən öz qızlarını Hun xaqanları ilə evləndiriblər. Çinlilərin hun qorxusunu anlamaq üçün təkcə bu günün əfsanəvi abidəsi Çin səddini xatırlamaq kifayət edər. Belə ki, bu möhtəşəm abidə məhz hunların hücumlarından qorunmaq üçün tikilmişdi.

Azadlıq aşiqi olan türklər bəzən çinlilərin əsarəti altına düşsələr də, qısa müddətdə müstəqilliklərini bərqərar ediblər. Bu azadlıq mübarizəsinə başçılıq etmiş hun hökmdarlarından biri də Li Yuan Yabqudur.

Son.az Kult.az-a istinadən xəbər verir ki, o, 295-ci ildə inqilaba liderlik edib və türklərin müstəqilliyi üçün mübarizə apararaq, əsarətə son qoyub.

Yabqu millətinin əsir həyatı yaşamasını qəbul edə bilmir, onu yenidən layiq olduğu yerə gətirmək istəyirdi. Buna görə də o, Çin şəhərlərini, kəndlərini gəzərək, türkləri başına toplayır, öz amalını onlara bildirir. Sonda isə türklərdən ibarət 20 min nəfərlik bir ordu yaradır.