Əyilə bilən ilk “Samsung” smartfonunun görüntüləri yayıldı


Digərləri 02 Fev 2019 15:44:00 230 0

Əyilə bilən ilk “Samsung” smartfonunun görüntüləri yayıldı

"Samsung" şirkətinin Vyetnam üzrə şöbəsi yeni reklam videosu təqdim edib və həmin reklam videosunda şirkətin "Galaxy F" adlı ilk əyilə bilən smartfon modeli əks olunub.

Son.az Technote-yə istinadən xəbər verir ki, video qısa zaman sonra silinsə də bəzi saytlar onu yükləməyə vaxt tapa biliblər.

Təqdim olunmuş videoda əks olunan əyilə bilən smartfon modeli keçən ilin noyabr ayında şirkətin təqdim etdiyi prototip versiyadan bir qədər yaxşı görünür.

Cihaz ekranının ətrafında nazik çərçivələr var və smartfondan planşetə çevrilir. Smartfonun ekranında şirkətin "Samsung One UI" adlı yeni interfeysini görmək olar. Qeyd etmək lazımdır ki, "Galaxy S9", "Galaxy S9 Plus" və "Galaxy Note 9" modelləri artıq bu interfeysi əldə etməyə başlayıblar.

Məlumata görə, "Galaxy F" smartfonu 4.2:3 nisbətli və 1536x2152 piksel keyfiyyətli "Infinity-Flex" ekranla təchiz olunacaq. Əyilmiş formatda smartfon 1960x840 piksel keyfiyyətli ekrana sahib olacaq.