Türkiyə sularında Hitlerin sualtıqayıqları aşkarlandı


Dünya 02 Fev 2019 15:19:00 218 0

Türkiyə sularında Hitlerin sualtıqayıqları aşkarlandı

Türkiyənin dəniz mühəndisi və dalğıc Səlcuq Kolay Qara dənizin dibində İkinci dünya müharibəsinə aid üç sualtı qayıq aşkarlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, TRT Haber telekanalı sualtı qayıqların axtarışları haqqında sənədli film hazırlayıb.

Faşist Almaniyasının Hərbi Dəniz Qüvvələrinə  aid "U-23", "U-19" və "U-20" sualtı qayıqları 1944-cü ildə Türkiyə sahilləri yaxınlığında batıb.

Onları yerini uzun müddət tapılmadığından sualtı qayıqlara "Hitlerin itirilmiş donanması" adı verilib.