"Facebook"la rəqabətə davam gətirməyən sosial şəbəkə bağlanır


Digərləri 02 Fev 2019 15:09:00 207 0

"Facebook"la rəqabətə davam gətirməyən sosial şəbəkə bağlanır

Artıq fevralın 4-ündən etibarən yeni "Google+" hesablarının açılması dayandırılacaq

"Google" şirkəti "Google+" sosial şəbəkəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumat yayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu məlumatlar "Google+" istifadəçisi olan şəxslərin email ünvanlarına göndərilib.

Şirkətin məlumatına görə, aprelin 2-si tarixində "Google+" fəaliyyətini dayandıracaq. Bu müddətə qədər istifadəçilərdən məzmun olaraq göndərilən foto və videoları yükləmələri xahiş olunur. Qeyd olunur ki, aprel ayından etibarən bir neçə ay müddətində hesabdakı məlumatların silinməsinə başlanılacaq. Məlumatlar silindikdən sonra isə hər hansı yolla onları geri qaytarmaq mümkün olmayacaq.