Batut gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Bakıdakı Dünya Kubokuna hazırlıq barədə danışıb


Digərləri 02 Fev 2019 14:47:00 200 0

Batut gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Bakıdakı Dünya Kubokuna hazırlıq barədə danışıb

"Bakıda batut gimnastikası üzrə Dünya Kubokuna hazırlıq sürətlə davam edir".

Son.az xəbər verir ki, bunu Trend-ə batut gimnastikası üzrə Azərbaycan komandasının baş məşqçisi Vladimir Şulikin deyib.

Baş məşqçi deyib: "Bütün gücümüzlə yarışa hazırlaşırıq. Bizim üçün ikiqat məsuliyyətdir, çünki bu Kubok 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışdır. Biz bütün səylərimizi ortaya qoyacağıq".

V.Şulikin hesab edir ki, rəqabət çox güclü olacaq, çünki bu Kubokda dünya çempionları mübarizə aparacaq.

Baş məşqçi qeyd edib ki, Azərbaycan idmançılarının əsas rəqibləri Rusiya, Çin, Belarus və Yaponiya gimnastlarıdır:

"Ancaq bizim ən başlıca rəqiblərimiz özümüzük. Psixoloji gərginliyi həll edə bilsək, yaxşı nəticə qazanarıq".

Daha sonra V.Şulikin Milli Gimnastika Arenasında əla şərait yaradıldığını vurğulayıb:

"Bakıya gələnlərin hamısı buradan müsbət təəssüratlarla gedir və yenidən qayıtmaq istəyirlər".