Şamaxıda kriminal avtoritetlər arasında qanlı mübahisə


Kriminal 02 Fev 2019 14:49:00 222 0

Şamaxıda kriminal avtoritetlər arasında qanlı mübahisə

Şamaxıda bir nəfəri güllələməkdə, bir nəfəri bıçaqlamaqda təqsirli bilinən Nadir Babaqulu oğlu Surxayev və Samir Ədalət oğlu Cəbrayılovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevral ayının 4-ə təyin edilib.