Şəhid anası: "Oğlumun şəhidlik zirvəsinə ucalmasına görə fəxr edirəm"


Digərləri 02 Fev 2019 14:37:00 260 0

Şəhid anası: "Oğlumun şəhidlik zirvəsinə ucalmasına görə fəxr edirəm"

Vətən uğrunda döyüşmək, ölkəmizin ərazi bütövlüyü uğrunda son damla qana qədər vuruşmaq hər bir azərbaycanlının borcudur. Vətənimiz tarixboyu igidlər, ər oğullar yetişdirib. Bu torpağın hər addımı şəhid qanı ilə yoğrulub. Ana vətənin hər qarışı uğrunda müharibələrdə düşmənə qan udduran, ölümün gözünə dik baxan övladlardan biri də oğlum Muxtar Qasımovdur. O, 1992-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Oğul itkisi ürəyimi yandırsa da, onun torpaq uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmasına görə fəxr edirəm.

Son.az bildirir ki, bu sözləri şəhidin anası Şəfiqə Qasımova AZƏRTAC-a müsahibəsində deyib. Şəhid anası bildirib ki, dövlət Vətən fədailərinin ailə üzvlərinə, vərəsələrinə daim dəstək olur, şəhidlərin xatirəsini əziz tutur. Birdəfəlik ödəmələrin verilməsinə münasibət bildirən Ş.Qasımova ölkə başçısı İlham Əliyevə öz minnətdarlığını bildirib.