Bəyannamə layihəsi: Azərbaycanın istifadə olunmamış qaz resursları "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsini təmin edə bilər


Digərləri 02 Fev 2019 13:32:03 219 0

Bəyannamə layihəsi: Azərbaycanın istifadə olunmamış qaz resursları "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsini təmin edə bilər

Azərbaycanın istifadə olunmamış əhəmiyyətli qaz resursları Avropaya "Cənub Qaz Dəhlizi" vasitəsilə əlavə qaz tədarükünü təmin edə bilər.

Bakı. Ləman Zeynalova - Azərbaycanın istifadə olunmamış əhəmiyyətli qaz resursları Avropaya "Cənub Qaz Dəhlizi" vasitəsilə əlavə qaz tədarükünü təmin edə bilər. Trend-in məlumatına görə, bu barədə fevralın 20-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 5-ci iclasının yekunu üzrə imzalanması nəzərdə tutulan bəyannamənin layihəsində deyilir. Sənəddə bildirilir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində əhəmiyyətli tərəqqiyə nail olunacaq: "Biz 2020-ci ilə Avropaya təbii qazın çatdırılmasını təmin etmək məqsədilə layihənin vaxtında yekunlaşması üçün səy göstərməyə davam edəcəyik. "Cənub Qaz Dəhlizi"nin bütün digər seqmentləri başa çatmağa yaxındır və ilk qaz İtaliyaya 2020-ci ildə çatdırılmalıdır". Bəyannamədə Gürcüstan, Türkiyə və Avropaya rəqabətqabiliyyətli və əlverişli enerji resurslarının təhlükəsiz və davamlı tədarükünün təmin edilməsi üzrə səylərin reallaşdırılmasında Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsində aparıcı oyunçu kimi strateji rolu vurğulanır. Sənəddə Azərbaycanın və beynəlxalq energetika şirkətlərinin o cümlədən Avropanın özündə, "Cənub Qaz Dəhlizi" layihəsinə investisiyaları yüksək qiymətləndirilir: