Yataq səhnəsi ilə “Oskar” alan Hollivud ulduzları
Digərləri 02 Fev 2019 12:34:00 400 0
Amerika kino akademiyasının tənqidçilərinin marağına səbəb olan filmlərin ümumi cəhətləri var.
"Oskar"ın siyahısına düşən filmlərin bir çox hallarda irqçilik, cinslərin bərabər hüququ, eyni cinslərin sevgisi və digər ciddi məsələlərə aid ssenarisi olur. Buna baxmayaraq, "Oskar" mükafatı alanlar içində məhz açıq-saçıq səhnələrə görə bu mükafata layiq görülənlər də var.
Son.az ölkə.az-a istinadən oxucularına yataq səhnələrinə görə "Oskar" alan ulduzların siyahısını təqdim edir.
Natali Portman "Qara qu quşu" filmi
Bir çoxları Darren Aronofskini filmdə Mila Kunis və Natali Portmanla yaxınlığa görə tənqid edir. Natali üçün bu, ilk açıq-saçıq səhnə deyildi. Karyerasının ilk illərində "Şevalye oteli" filmində də soyunub. "Qara qu quşu filminə görə isə, "Oskar"a layiq görüldü
Qvinet Peltrou "Aşiq Şekspir" filmi
1998-ci il Qvinet üçün karyerasında əsl dönüş ili oldu. İlin əvvəlində "Ehtiyatlı olun, qapılar bağlanır" filmi işıq üzü gördü. Qısa müddət sonra isə "Aşiq Şekspir" filmi ekranlara çıxdı. Bu film tənqidçiləri məftun etdi. Qvinet açıq-saçıq səhnələri xoşlamır. Amma bu filmdə ilk dəfə sinəsini açır. 1999-cu ilin fevral ayında isə "Oskar" alır.
Holli Berri "Monstrlar balı" filmi
İndi yüksək mükafata layiq görülən qaradərili qadınla heç kəsi təəccübləndirmək olmaz. Amma 2002-ci ildə "Oskar" Holli üçün əsl dönüş idi. O, ilk və yeganə afro-amerikalı qadın idi ki, "Oskar"a layiq görülmüşdü. Sözügedən filmdə Holli Billi Bob Torntonla açıq-saçıq səhnələrə çəkilib.
Keyt Uinslet "Qiraətçi" filmi