Şəhid qızı Aysun İbrahimova: "Biz dövlətin qayğısını həmişə öz üzərimizdə hiss edirik"


Digərləri 02 Fev 2019 12:14:00 390 0

Şəhid qızı Aysun İbrahimova: "Biz dövlətin qayğısını həmişə öz üzərimizdə hiss edirik"

Ağac barlı budağı, dağ zirvəsi, çeşmə sərin suyu ilə tanındığı kimi Vətən də layiqli, ona şöhrət gətirən övladları ilə tanınır. Mənim atam Vətənin dar günündə silaha sarılıb onun çağırışına hay verib. Kimsə isti yorğan-döşəkdə yatanda, kimsə hansısa künc-bucaqda daldalananda o, soyuq səngərdə torpağımızı yağı düşməndən qoruyub. Belə bir atanın övladı olduğum üçün qürur və fərəh duyuram.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhid Əmir İsmayılovun qızı Aysun atasının şəhidliyi haqqında danışarkən belə deyib.

Hərbi qulluqçu Əmir İsmayılov 1993-cü il mayın 20-də Qazaxın Daş Salahlı kəndinin müdafiəsi zamanı şəhidliyə qovuşub. O vaxt mərhum döyüşçünün hələ 40 yaşı tamam olmamışdı...